“Qəbələ”də yeni məşqçi
30.01.2024 , 19:41
![](https://korner.az/wp-content/uploads/2024/01/IMG_5113.png)
“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, əvvəllər “Qəbələ”nin akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)