“Qarabağ”dan darmadağın
30.01.2024 , 20:58

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Korner.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Səbail” “Zirə” ilə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub. Digər matçda isə “Qarabağ” “Sabah”ın qonağı olub. Ağdam təmsilçisi bu görüşdə darmadağınla qələbə qazanıb – 7:1.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
30 yanvar
15:00 Səbail – Zirə – 1:2
Baş hakim: İnqilab Məmmədov
“ASCO Arena”
19:00 Sabah – Qarabağ – 1:7
Baş hakim: Elçin Məsiyev
“Bank Respublika Arena”
