Premyer Liqanın V turu çərçivəsində “Kəpəz”ə qarşı keçiriləcək matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” klubu bu gün ikinci yoxlama oyununda qüvvəsini sınayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 gün öncə olduğu kimi yenidən əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 3:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, ilk matçda əsas komanda rəqibini 6:0 məğlub etmişdi.
