"Mən millimizin İsraillə oyununa getmişdim və deyim ki, yığmamız yaxşı təsir bağışladı. Hiss olunurdu ki, komanda qələbə qazanmaq istəyir".
Bu sözləri Korner.az-a açıqlamasında PFL-in prezidenti Ramin Musayev deyib. Qurum rəsmisi millimizin İsraillə matçda göstərdiyi oyundan razı qalıb:
"Milli komandamız can yandırırdı, vuruşurdu. Uşaqlarda istək var idi. Qələbə qazana bilərdik. Lakin əsas odur ki, millimiz yaxşı oyun sərgilədi. Mən dünənki oyundan razı qaldım. Tofiq Bəhrəmov adına Respublika stadionunun təmirinə isə söz ola bilməz".
