Portuqaliyada keçirilən beynəlxalq IBERCUP-2012 turnirindəki çıxışını 1/8 final mərhələsində dayandıran “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Slovan” (Bratislava) ilə üz-üzə gələn təmsilçimiz görüşdən sülhlə ayrılıb – 1:1. Komandanın yeganə qoluna Təbriz İsazadə imza atıb.
Bu arada “Qəbələ”ni 1/8 final mərhələsində turnirdən kənarlaşdıran, ardından isə ¼ finalda “Yuventus”u (İtaliya) 1:0, yarımfinalda “Nautico”nu (Braziliya) 4:1 və finalda isə “Sevilya”nı (İspaniya) 6:1 hesabı ilə məğlub edən “Vilyarreal” IBERCUP-2012-nin qalibi olub.
