“Qəbələ” daha bir futbolçusunu itirib.
Korner.az- ın məlumatına görə, baş məşqçi Fatih Kavlak kapitan Vurğun Hüseynovun ardınca Rəşad Abdullayevin də xidmətindən məhrum olub.
Belə ki, onun sağaldığı güman olunsa da, Abdullayev özünü heç də yaxşı hiss etmir. Futbolçu “Rəvan”a qarşı oyunda meydançaya çıxa bilməyəcək.
