Ronaldinyonun ardından Kaka da vətəninə dönə bilər.
Korner.az– ın məlumatıan görə, “Real”da qalmaq ehtimalı olmayan və “Qalatasaray”ın hədəfinə düşən Kakanın yenidən vətənində çıxış etmək imkanı var.
Futbolçunun xidmətində Braziliyann “Santos” klubu maraqlıdı. Gənc ulduzu Qansonu “San Paulo”ya satan “Santos” onun yerini “Real”ın ulduzu ilə doldurmaq istəyir.
Xəbəri “Santos”un baş məşqçisi Murisi Ramalyo da təsdiq edib: “Kakanın transferində hər şey ola bilər. Onunla maraqlanmağımız doğrudu. Kaka da Dieqo və Robinyo kimi transfer siyahımızda yer alır”.
