UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşada keçiriləcək “Pyast” – “Qarabağ” oyunu üçün biletlər artıq satışa çıarılıb.
Korner.az-ın məlumatına görə, Qlivitsedə keçiriləcək oyun üçün ən ucuz bilet 5 zlot (1,22 manat), ən bahalı biletlər isə 73 zlot (17,80 manat) olaraq göstərilir.
Qeyd edək ki, “Piast” – “Qarabağ” oyunu iyulun 25-də, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
