Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə ALbaniya “Skenderbeu”su ilə qarşılaşacaq “Neftçi” bu oyuna qara sarğı ilə çıxacaq.
Bu barədə Korner.az-a “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Paytaxt klubunun rəsmisi bildirib ki, bu gün Ağdam rayonunun işğalının 20-ci illiyinə təsadüf etdiyindən “Neftçi” UEFA nümayəndələrinə müraciət edərək meydana qara sarğı ilə çıxmağı və matçdan öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan Azərbaycan övladlarının xatirisinin bir dəqiqəlik sükutla yad olunmasına razılıq verilməsini xahiş edib. Bu müraciətə bu gün UEFA nümayəndələri razılıq veriblər.
Bundan əlavə oyundan öncə bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad olunacaq.
