PSJ Mbappeni onunla əvəzləyəcək
08.04.2024 , 23:55

PSJ Mbappe üçün əvəzləyici tapıb.
Korner.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Paris klubu ulduz oyunçunun komandadan ayrılacağı təqdirdə, “Napoli”dən Viktor Osimheni heyətinə qatacaq.
Bu mövsüm “Napoli”nin heyətində 26 rəsmi oyuna çıxan Viktor Osimhen bu matçlarda 14 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mina Musayeva
