“Turan Tovuz”un kapitanı üçün əlamətdar oyun
09.04.2024 , 10:33
Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, Ş.Əliyev bu matçda Tovuz klubunun formasını 50-ci dəfə geyinib.
Onun yubileyi komandası üçün düşərli olub. Belə ki, “Turan Tovuz” “Sabah” üzərində 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Şəhriyar Əliyev 2022-ci ilin yayından Tovuz klubunda çıxış edir.