PSJ Mbappe şoku
25.09.2023 , 10:02

PSJ-nin futbolçusu Kilian Mbappe sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu ötən gün “Marsel”lə matçda zədələnib. İlk hissəsinin ortalarında əvəzlənən futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Parisin “Park des Prens” stadionunda keçirilən görüş PSJ-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
