Topaz Premyer Liqasının 2014/2015 mövsümünün bombardiri “Bakı”nın hücumçusu Nurlan Novruzov olub.
Korner.az-ın məlumatına görə, başa çatan mövsümdə hamıdan çox – 15 dəfə rəqib qapılarına yol tapan gənc hücumçu az öncə yekunlaşan “Qəbələ” – “Bakı” (3-0) matçının ardından mükafatına qovuşub.
Bəstəboy bombardirə xüsusi mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. R. Musayev gənc futbolçuya gələcək karyerasında uğurlar arzu edib.
