Premyer Liqada “Zəfər turu”
02.11.2023 , 21:42

2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etdi.
Korner.az xəbər verir ki, şanlı qələbədən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
Peşəkar Futbol Liqası qələbənin 3-cü ildönümü münasibətilə Azərbaycan Premyer Liqasının XII turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.
