“Neftçi” – “Zenit” matçının başlama saatı
02.11.2023 , 22:42

Noyabrın 18-də keçiriləcək “Neftçi” – “Zenit” oyununun başlama saatı və məkanı açıqlanıb.
Korner.az xəbər verir ki, Rusiya klubu ilə yoxlama görüşü “Neftçi Arena”da keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
Matçın biletlərinin tezliklə satışa çıxarılacağı bildirilib.
