Premyer Liqada növbəti turun oyun cədvəli açıqlandı
23.05.2023 , 12:16

Azərbaycan Premyer Liqasının XXXVI turun oyun cədvəli açıqlanıb.
Korner.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Premyer Liqa
XXXVI tur
27 may (şənbə)
“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:30
“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 17:30
“Səbail” – “Şamaxı”
“ASCO Arena”, 20:00
28 may (bazar)
“Neftçi” – “Sabah”
“Bakcell Arena”, 17:00
“Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”, 19:30
Qeyd: Azərbaycan Premyer Liqasının 2022/23-cü illər mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.
