Zaniolo “Qalatasaray”dan gedir?
23.05.2023 , 11:47

“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo mövsümün sonu komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İtaliyada davam etdirmək fikrindədir.
Onunla “Milan”ın yaxından maraqlandığı deyilir.
Zaniolonun özü də klubunu dəyişməyə hazır olduğu, “qırmızı-qaralar”da çıxış etmək istədiyi bildirilir.
