Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi
05.06.2021 , 17:36
İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün ən yaxşı məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu “Mançester Siti”ni çalışdıran Xosep Qvardioladır.
50 yaşlı mütəxəssis Marselo Byelsa, Devid Moyes, Brendan Rocers və Ole Gunnar Sulşeri geridə qoyub.