Premyer Liqada daha iki oyunun – “Qəbələ” – AZAL və “Qəbələ” – “Rəvan” görüşlərinin vaxtı dəyişdirilib.
Korner.az-ın məlumatına görə, PFL prezidenti Ramin Musayevin əmrinə əsasən hər iki oyun bir gün əvvələ keçirilib.
1. Premyer Liqanın VII turunun “Qəbələ” – AZAL oyunu 30 sentyabr tarixindən 29 sentyabr tarixinə keçirilsin.
2. Premyer Liqanın VI turunun “Qəbələ” – “Rəvan” oyunu 25 sentyabr tarixindən 24 sentyabr tarixinə keçirilsin.
