Premyer Liqanın 4-cü turunda "İnter"ə 2:3 hesabı ilə məğlubiyyətdən sonra "Turan"ın baş məşqçisi Əsgər Abdullayev 5 futbolçunu komandadan qovub. Korner.az– ın məlumatına görə, Aleksandr Qoqoberişvili, Qoqi Pipia, Levan Çxetianı, Bayram Kərimov və Hüseyn İsgəndərov klubdan uzaqlaşdırılıblar. Səbəb kimi futbolçuların həmin oyunda zəif çıxışı göstərilir.
