Premyer Liqa klubunda ayrılıq
04.08.2020 , 19:28

“Bornmut”un qapıçısı Artur Boruç komandadan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı qapıçı bundan sonra karyerasını “Legiya”da davam etdirəcək. Varşava klubu polşalı futbolçu ilə 2021-ci ilin iyununadək müqavilə imzalayıb.
