Premyer Liqa klubu 6 futbolçusunun müqaviləsini uzatdı
31.05.2024 , 11:44

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 6 futbolçusu ilə müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Naxçıvan təmsilçisi Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə ortaq məxrəcə gəlib. Adları qeyd olunan futbolçular 2024/25-ci il mövsümündə də “Araz-Naxçıvan”ın heyətində yer alacaqlar.
Məlumatda bu da qeyd olunub ki, bir neçə futbolçu ilə danışıqlar davam edir.
Əlavə edək ki, “Araz-Naxçıvan” Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovla da müqavilə imzalayıb.
