DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində keçirilən Portuqaliya – Azərbaycan oyunu meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yadda qalıb. Amma yaddan qalan təkcə bu deyildi.
Korner.az xəbər verir ki, oyunun gedişatında – daha dəqiqi Elnur Allahverdiyevin zədələnib yerdə qaldığı epizodda yığma komandamızın üzvlərinin bir-biriylə necə söyüşdüyü canlı efirdə də eşidilib.
Həmin epizod artıq "youtube" videopaylaşma sistemində yerləşdirilib. Videoda qeyri-etik sözlərin havada uçuşduğu, Mahirin söyüldüyü açıq-aşkar eşidilir.
