Poçettino iddialı danışdı
04.04.2019 , 12:31

“Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino “Krystal Palas” ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Qələbə qazandıqları üçün xoşbəxt olduğunu bildirən argentinalı mütəxəssis yeni stadionun uğurlu olacağına inandığını deyib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Tottenhem” doğma meydanda “Krystal Palas” klubunu 2:1 hesabı ilə məğlub edib.
