"Barselona"nın ulduz futbolçusu Xerard Pike və kolumbiyalı məşhur müğənni Şakiranın başı yenə dərddə. Korner.az-ın məlumatına görə, Şakiranın əvvəllər evində çalışan xadiməçisi və onun yoldaşı müğənnini və futbolçunu şantaj edib. Belə ki, Şakira və Pikenin birgə olduqları fotoları mətbuata göstərməmək üçün xadiomə və onun yoldaşı 250 min avro pul tələb edib.
Lakin müğənni və futbolçu onlara boyun əyməyərək hər ikisini polisə şikayət edib.
Pike ilə 3 ildir münasibətdə olan Şakiranın hamilə olduğu yayılan xəbərlər arasındadı.
