Serbiya çempionatının ötən turu çərçivəsində OFK "Beoqrad"la qarşılaşan "Partizan" ölkənin futbol federasiyası tərəfindən cəzalandırılıb.
Korner. az Serbiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb qarşılaşma zamanı "Partizan"lı azarkeşlərin bir-birinin üstünə bıçaq çəkmələridi.
Cəza pul cəriməsindən – 500 min dinardan (təxminən 4250 manat) ibarətdi. Bundan başqa, "ağ-qaralar" iki səfər oyununa azarkeş aparmaqdan məhrum ediliblər. Eyni zamanda, OFK "Beoqrad" meydan sahibi komanda kimi iğtişaşa görə 100 min dinar cərimə edilib.
