Avropa Liqasının qrup mərhələsində "Neftçi"yə rəqib olacaq Milan "İnter"inin idman direktoru Luiş Fiqu komandasının əvvəlki əzəmətini itirdiyini etiraf edib.
Korner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portəgiz veteran futbolçu artıq "İnter"in İtaliya futbolunun şəksiz lideri olmadığını dilə gətirib.
"İnter" erası artıq bitib. Ancaq klub rəhbərliyi çalışır ki, komanda əvvəlki əzəmətini geri qaytarsın. Skudetto? Biz əvvəlcə sübut etməliyik ki, onu haqq edirik. Çempionlar Liqasına vəsiqə qazanmamaqla həm prestij, həm də maddi cəhətdən çox şey itirdik. Ancaq Avropa Liqasında oynayırıq və maksimum çalışırıq ki bu düşüncəni beynimizdən ataq", – deyə klub rəsmisi bildirib.
