big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Özünəgüvən – Qurban Qurbanov xarizmasının əsas elementi (YAZI)

22.08.2013 , 22:23

…“Qarabağ”ın futbolçuları oyunöncəsi isinmə hərəkətlərini bitirib paltardəyişmə otağına yollananda “Ayntraxt”lılar hələ toparlanmamışdılar. Qurbana sataşdı gözüm. Futbolçularının ardınca koridora girməmiş geriyə dönüb, meydandakı rəqib oyunçulara baxdı. Bəlkə də son dəfə almanlardan kimin nəyə qadir olduğunui görmək istəyirdi…

…Bilmirəm, nədənsə bu oyunda meydanın içini yox, onun kənarındakı Qurban Qurbanovu daha çox izlədim bu oyunda. Birinci qoldan sonra coşan emosiyasını gördüm. Əl jestlərindən nə demək istədiyini başa düşürdüm: “Niyə bu qədər yaxınlaşmalarına imkan verdiz”. Bunu mətbuat konfransında da dedi, rəqibə cinahlardan asma etmək imkanı verməməliydik…

…Futbolçusu nə qədər zəif oynayır-oynasın, heç vaxt namını verməyən adamdı Qurban. Leroyun 90 dəqiqə ərzində ləngliyini, ayağına düşən 10 topdan bəlkə də 8-ni itirməsini kənardan baxanlar görürdüsə, əmin olun, Qurban onu daha yaxşı görürdü. Siz baxmayın onun “Leroy bu gün ən çox qaçan futbolçularımızdan idi” deməsinə. Gelaşvilini topa tutmurduqmu 2 həftə əvvələ qədər? Qurbanov israr etdi, etdi və nəticə: “Niko”nun ayağı açılıb. Düzdü, hələ ki, Azərbaycan Premyer Liqasında…

…Qurbanovdakı inadkarlıqla illər əvvəldən tanışam. Onun “Qarabağ”dakı ilk illəriydi. “Qurbanovun 10 səhvi” sərlövhəli bir yazı yazmışdım. 10 səhvdən biri Almaniyada – “Karlsrue”də futbol oynamış, keçmiş bosniyalı Nidal Fərhadoviçi ehtiyata atması, əvəzində, Zaur Ramazanovu oynatmasıydı. Qurban bəy hər oyunda Zauru start heyətə salır, “Karvan”da ikən bombardir olan Ramazanov isə qol vura bilmirdi. Yazı üçün bir neçə oyunun statistikasını toplamışdım. Fərhadoviç meydana çıxdığı (təbii ki, sonradan) hər oyunda qol vurmuşdu. Onda Qurbanovun xətrinin ipək vaxtı idi, yazıdan pis təsirlənmiş, bəlkə də incimişdi. Amma həmin mövsümün qalan oyunlarında da Zauru “ilk 11-lik”də meydana buraxdı. Mövsüm bitən kimi isə həm Ramazanovu, həm də Nidalı göndərdilər komandadan. Bu, bəlkə də Qurban bəyin inadının nəticəsində məğlub olduğu ilk hal idi. Baxmayaraq ki, bu gün də çox vaxt inad edir zəif futbolçusunu müdafiə naminə…

…Bəlkə də bu gün Leroyu müdafiə etməsini çoxu anlamadı. Qurbanov deyir ki, hər bir halda futbolçumun arxasındayam. Tənqid edəcəksizsə, mənim üstümə gəlin. Əlahəzrət fakt isə öz libasındadı: Corc ləngliyiylə nə əks-hücumlara çıxa, nə də rəqib hücum edəndə o cinahdakı Maksimə kömək edə bilirdi. Birinci hissədə “Ayntraxt”ın əksər hücumları “Qarabağ”ın sağ cinahından qurmasının da səbəbi bu deyildimi məgər? Qurbanovsa israrla 90 dəqiqə meydanda saxladı Leroyu. Hərçənd, ikinci hissəyə Corc-Vüqar əvəzləməsiylə başlayacağını gözləyirdim. Amma Qurban bu – hər uğursuzluqda bütün məsuliyyəti öz üzərinə götürən və bütün tənqidlərə qarşı təkbaşına “döyüşməkdən” belə, çəkinməyən adam. Mənə görə, onun insanı hörmət etməyə vadar edən xarizmasının əsas elementi məhz budu – özünəgüvən! Buna görədi ki, uduzsa da, tribunada azarkeşlərin, mətbuat zalında jurnalistlərin alqışlarıyla qola salınır-qarşılanır-yola salınır. O, səhvlərini dönə-dönə təkrarlamaqdan qorxmur, əksinə, bəlkə də çox vaxt özünə inadla edir, özünü təkcə ətrafına yox, özünə də sübut etmək istəyir. Səhvinə də boyun əymir, sonadək üstünə gedir onun. Gedir ki, öz səhvləri üzərində qursun öz dəst-xəttini. Edir ki, gələcəyi üçün təcrübə toplasın. Axı, təcrübə həyatda qazanılan uğurların yox, səhvlərinin toplamıdı…

P.S. Mənim üçün Qurban Qurbanov öz səhvləriylə də dəyərdi. Və hər şeyə rəğmən bu gün onu tribunalarda və mətbuat zalında alqışlamağa dəyərdi!

Saleh Arslan

Son yazılar

To Top