Ozan Canın komandasından məğlubiyyət
30.03.2024 , 13:07

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda 32-ci tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda evdə “Kambur”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.
Ozan da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Kökçü 45+4-cü dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, “Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşır.
