“Qarabağ”ın yeni rekordu
30.03.2024 , 12:53
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu ən erkən çempionluğu qazanıb.
Qurban Qurbanovun komandası 2023/24 mövsümünün çempionu adını 28-ci turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.
Əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/16 və 2017/18 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.
