"Bakıya 3 xal qazanmağa gəlmişik. Yaxşı məşqlər keçmişik. İnşallah, qələbə qazanarıq. Meydana mənim və ya kimin çıxmağından asılı olmayaraq "Neftçi"ni məğlub etməliyik".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun qolkiperi Orxan Sadıqlı deyib. Gənc qapıçı "Xəzər Lənkəran"ın formasını geyindiyinə görə qürur hissi keçirdiyini bildirib:
"Ağ-yaşıl" formanı geyindiyim üçün qürur hissi keçirirəm. Mən bura gələndə qarşıma məqsəd qoymuşdum. Məqsədim oynayıb özümü sübut etməkdi. İnşallah buna nail olacam".
Sonda Orxan Sadıqlı Kamranın komandadan gedişindən sonra yolunun açıldığını bildirib:
"Belə baxanda Kamranın komandadan getməsi mənim yolumu açdı. Əgər Kamranla Kamal getməsəydi, "Xəzər Lənkəran"dan ayrılmalı oplacaqdım. Lakin özümü yaxşı tərəfdən göstərmək üçün şansım var və bunu layiqincə dəyərləndirmək istəyirəm".
