İtaliya kubokunun sahibi müəyyənləşdi.
Korner.az-ın məlumatına görə, A Seriasının çempionu "Yuventus"la qarşılaşan, rəqibini 0:2 hesabı ilə məğlub edən "Napoli" ölkə kubokunun sahibi oldu.
Görüşdə hesabı 63-cü dəqiqədə onbir metrlik cərimə zərbəsindən Edinson Kavani açıb. Bu qoldan iyirmi dəqiqə sonra "Napoli"nin slovakiyalı futbolçusu Marak Hamşik adını tabloya yazdırıb. Bununla belə Napoli şəhərinin eyni adlı komandası İtaliya kubokuna sahib çıxıb.
20 may
İtaliya kuboku, final matçı
"Yuventus" – "Napoli" – 0:2
Qollar: Kavani, 63-pen (0:1), Hamşik, 83 (0:2)