Polşada keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kubokuna yekun vurulub.
Korner.az-ın məlumatına görə, yarışa 14 idmançı ilə qatılan Azərbaycan milli komandası cəmi 3 medala sahib olub.
Bunlar arasında isə qızıl medal yoxdur. Yığmamızın heyətində Leyla Əliyeva 2-ci, Elnur Abbasov və Sadiq Qurbanov (hər ikisi 50 kq) 3-cü yeri tutublar. Bununla da, millimiz komanda hesabında 28 ölkə arasında 12-ci pillədə qərarlaşıb.