FIFA U-17 qadınlararsı dünya çempionatı Azərbaycan 2012-yə həsr olunmuş Fan Zona azarkeşlərin tam əyləncəsi və rahatlığı üçün Dənizkənarı Milli Parkın ərazisində qurulmaqdadır. Korner.az– ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Fan Zona 15 sentyabr – 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı bir çox başqa sürprizlərlə sevindirəcəkdir. 15 sentyabr – şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda Kubok turunun bağlanış mərasiminə həsr olunmuş möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz, Avro-2012-nin rəsmi mahnısının ifaçısı Okena çıxış edəcək.
Okena ilk dəfə dünya reytinqlərində hitə çevrilmiş "Cry Cry" mahnısı ilə məhşurluq qazanıb. Aşağıdakı linklər vasitəsi ilə videoları izləyə bilərsiniz. Qey edək ki, videoların müəllif haqları Ultra Records şirkətinə malikdir.
