Ukrayna ilə oyun İngiltərə yığmasının kapitanı Steven Cerrardın yaddaşından silinməyəcək. Korner.az– ın məlumatına görə, o bu oyunda karyerası ərzində ilk dəfə qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub. Kapitan bu haqda bunları deyib: “Bu, mənim karyeramda aldığım ilk qırmızı vərəqdir. Meydandan qovulmağıma baxmayaraq yaxşı oynadığımı düşünürəm, amma San-Marino ilə gorüşdə iştirak edə bilməyəcəm. Komanda yoldaşlarım mənsiz də yaxşı oynayar. Polşa ilə görüşdə isə meydanda olacam.
İstərdik ki, doğma azarkeşlər qarşısında qələbə qazanıb 3 xal əldə edək,ancaq bacarmadıq. Halbuki şansımız var idi. Səfərdə Ukraynaya qalib gəlməyə çalışacağıq"
