ABŞ prezidenti Barak Obam İngiltərənin ulduz futbolçusu Deyvid Bekhemin də çıxış etdiyi ABŞ-ın “Los-Anceles Qelaksi” komandası ilə görüşüb. Korner.az-ın məlumatına görə. görüşün əsas səbəbi “Los-Anceles Qelaksi”nin çempion olması olub.
Futbolçuları və komandanın bütün kollektivini təbrik edən Obama bəzi oyunçularla zarafatlaşmağı da yaddan çıxarmayıb. Ağ Evin sahibi bildirib ki, Bekhemin idmandakı fədakarlığı biznes uğurları ilə çox gözəl uyuşur: “Çox az adam alt paltarı buraxmasına baxmayaraq, meydanda belə sərt ola bilər. Komanda yoldaşlarının yarısı onun oğlu yaşındadır. Biz qocalırıq, Devid. Amma sən məndən yaxşı qalmısan”.
Qeyd edək ki, Devid Bekhem aparıcı ticarət brendlərini reklam etməklə qazanır. Bu yaxınlarda Bekhem özünün alt paltarı kolleksiyasını təqdim edib.