Uzun müddət “Milan”ın şərəfini qorumuş Alessandro Nesta 2013-cü ildə verdiyi qərarı dəyişib.
Belə ki, italyan müdafiəçi yenidən yaşıl meydanlara qayıdıb.
Korner.Az Goal.az-a istinadən xəbər verir ki, veteran oyunçu həmvətəni Marko Materzzinin xahişi ilə bu addımı atıb. Materazzi Hindistanın “Chennai” klubunda oynayan məşqçi kimi çalışır. Nestanın kluba qoşulması Superliqanın rəsmi internet saytı tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Nestanın son klubu Kanadanın “Montreal İmpact” kollektivi olmuşdu.
