“Peşəkar karyerama vətənim Braziliyanın "Korintians" klubunda başlamışam. Daha sonra “Qrasshoppers” klubunda Avropa təcrübəsi yaşadım. Eyni zamanda Braziliyanın gənclərdən ibarət yığmasının da üzvüyəm”. Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Bruno Bertuççi deyib.
Braziliyalı futbolçu klubunun saytına verdiyi açıqlamasında iddialı danışıb: “Neftçi”yə transferimlə bağlı onu deyə bilərəm ki, böyük tarixi olan bir kluba gəlmişəm. Komandamız Çempionlar Liqasında mübarizə aparacaq. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm”.
