Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Bakı" heyətini gürcüstanlı futbolçu ilə gücləndirir. Korner.az-ın məlumatına görə, bu Gürcüstan millisinin fornmasını geyinən Georgi Popxadzedi.
"Zolqalılar" 25 yaşlı sol cinah müdafiəçisi ilə bütün məsələləri razılaşdırıb və qısa zaman ərzində rəsmi şəkildə müqavilə imzalanacaq.
Qeyd edək ki, Georgi Popxadze futbolçu kareyrasına Tiflisfə şəhərin eyniadlı klubunda başlayıb (2003-2006, 26 oyun, 2 qol). 2006-cı ildə Yunanıstan “Olimpiakos”una icarəyə verilən müdafiəçi 2006-2010-cu illərdə Danimarkanın “Vilborq” klubunda çıxış edib (74 oyun). 2011-ci ildə vətəninə dönüb “Zestafoni”də 6 oyun keçirən Popxadze ardınca Avstriyanın “Şturm” klubuna keçib – 15 oyun.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)