Avropa liqası

`Neftçi`nin qrup oyunlarının təqvimi bəlli oldu və klub dərhal UEFA-ya müraciət etdi

31.08.2012 , 16:55

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Neftçi"nin oyunlarının vaxtı bəlli olub. 

Korner.az-ın məlumatına görə, "Neftçi" ilk oyununu Serbiyada "Partizan"a qarşı keçirəcək. “Neftçi”nin iştirakı ilə oyunlar aşağıdakı tarixlərdə baş tutacaq:

20 sentyabr. “Partizan” (Serbiya) – “Neftçi”
4 oktyabr. “Neftçi” – “İnter” (İtaliya)
25 oktyabr. "Rubin" (Rusiya) – "Neftçi"
8 noyabr. “Neftçi” – “Rubin”
22 noyabr. “Neftçi” – Partizan”
6 dekabr. “İnter” – “Neftçi”

Təyin olunmuş reqlamentə əsasən `ağ-qaralar` ikinci görüşünü `İnter`lə doğma meydanda qarşılaşmalı olsalar da klub ikinci matçı da səfərdə keçirmək niyyətindədir. Səbəb isə həmin ərəfədə paytaxtımızın qızlar arasında dünya çempionatına ev sahibliyi etməsidir. Artıq bununla bağlı UEFA-ya müraciət olunsa da həlilik heç bir cavab alınmayıb.

Son yazılar

Yuxarı