Azərbaycan Premyer Liqasında daha 1 oyun təxirə salınıb. Korner.az– ın PFL- in rəsmi saytına istinadən verdiyi məlumata görə, IV turun avqustun 25-də keçirilməli olan AZAL – “Neftçi” qarşılaşması həmin tarixdə baş tutmayacaq.
“Ağ-qaralar”ın Avropa Liqasının pley-off mərhələsi matçlarına daha yaxşı hazırlaşmasını və klubun PFL-ə rəsmi müraciətini nəzərə alan qurum matçın vaxtını dəyişib. Paytaxt derbisi təqvimdə göstərildiyi kimi avqustun 25-də deyil, 1 gün sonra – ayın 26-da baş tutacaq.
Qeyd edək ki, IV turun “Xəzər Lənkəran” – “Simurq” oyunu da təxirə salınıb.
