Bir müddətdir Kakanın Madrid "Real"ından gedəcəyi ilə bağlı xəbərlər gündəmdədir. Korner.az– ın məlumatına görə, komandanın baş məşqçisi Joze Mourinyo ulduz futbolçunun komandadan gedəcəyi ilə bağlı xəbərlərə munasibət bildirib.
"Kakanın vəziyyəti Nuri Şahindən fərqlidir. Kaka komandadan ayrıla bilər. Ancaq hələ ki, onun üçün heç bir komandadan rəsmi təklif almamışıq. Əgər belə bir təklif olarsa, Kaka "Real"dan gedə bilər. Təbii ki, burada futbolçunun öz istəyi də nəzərə alınacaq".
Qeyd edək ki, Kaka daha öncə sabiq komandası "Milan"dan təklif alsa da, braziliyalı futbolçu "Real"da qalmağı üstün tutmuşdu.
