“Neftçi”nin mətbuat konfransı açıqlandı
31.07.2023 , 19:24

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-də saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Jelezniçar”la cavab oyunundan əvvəl “Neftçi”nin baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Korner.az xəbər verir ki, tədbir avqustun 2-si saat 18:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 19:30-da “Jelezniçar”in baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rustemoviçin iştirakı ilə mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
