“Sevilya” futbolçusunu satdı
31.07.2023 , 20:32

Niderlandlı müdafiəçi Kərim Rekik “Əl-Cəzirə”yə transfer olunub.
Korner.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubunun mərkəz müdafiəçisinin Birləşmiş Ərəb Əmirlikləri klubu ilə müqaviləsinin müddəti açıqlanmayıb.
28 yaşlı futbolçu yeni klubunda 4 nömrəli formanı geyinəcək. BƏƏ klubu bu transferə görə La Liqa təmsilçisinə 2 milyon avro ödəyib.
