“Sumqayıt” 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, ötən mövsümü klubda icarə əsasında keçirmiş Slavik Alxasov daha bir il komandada qalacaq. 20 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Slavik Alxasov ötən mövsüm Topaz Premyer Liqasında 29 oyunda 2610 dəqiqə meydanda olub.