Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Korner.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 29-cu turunun “Turan” – “Simurq” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qəbələ” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“İnter” – “Neftçi” matçının 79-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Malik Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Ceyhun Cavadov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
