"Neftçi"nin hücumçusu Caviod İmamverdiyev sıradan çıxıb. Korner.az-ın məlumatına görə, gənc futbolçu Avropa Liqasının pley-off oyununda Kiprin APOEL klubu ilə matçdan sonra ilk məşqə çıxsa da, sonradan ayağında ağrılar hiss edib. O, millinin İngiltərə ilə oyun öncəsi son iki məşqinə qatılmayıb.
Hətta futbolçunun ingilislərlə oyunda millimizə kömək etməmə ehtimalı var. Həkim müayinəsindən keçən forvardın azı 1 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.
