Gürcüstanda təlim-məşq toplanışında olan “Simurq” klubu dünən növbəti məşqlərinə çıxıb. Korner.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, səhər hazırlığı əvvəlcə qaçışla başlanıb və fiziki gücün artırılması ilə bağlı tapşırıqlarla davam edib. Daha sonra ötürmələr üzərində çalışan komanda üzvləri məşqin sonunda kollektiv müdafiə və kollektiv hücum taktikası üzərində işləyib. Axşam məşqində isə isinmə hərəkətlərindən sonra iki hissəyə bölünən “sarı-qaralar”, hər bir hissəsi 30 dəqiqədən ibarət ikitərəfli oyun oynayıb.
Qeyd edək ki, sentyabrın 9-na qədər qonşu ölkədə təlim-məşq toplanışını davam etdirəcək “Simurq” bu gün bir məşqə çıxacaq.
