big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Neftçi” və “Xəzər Lənkəran”ın rəsmiləri üz-üzə qoyuldu

05.11.2013 , 13:47

Bildiyimiz kimi, “Xəzər Lənkəran” “Neftçi” oyunları hansı komandanın qələbə qazanmasından asılı olmayaraq adətən qalmaqallarla yadda qalır. Azarkeşlərin də davaya qoşulması ilə bu daha da böyüyür.

Daha sonra bəzi jurnalistlərin sahəsində bu dava daha da geniş yayılır.

Amma bizi maraqlandıran cəhət bu qalmaqalın klubların mətbuat xidmətlərinin rəhbərlərinə necə təsir etməsidir.

Buna görə adlarını çəkdiyim klubun mətbuat katibləri- Hüseyn Cəbrayıloğlu(“XL”), Gündüz Abbaszadə (“Neftçi”) ilə əlaqə saxladıq.

“Neftçi” və “Xəzər Lənkəran” oyunundan sonra kimin qalib gəlməsindən asılı olmayaraq dava düşür. Hər iki tərəf bir- birinə küsür. Bəs bu cür qalmaqallar klubların mətbuat xidmət rəhbərlərinin münasibətlərinə necə təsir edir? Onlar da bu davaya qoşulub öz əlaqələrini korlayırmı?”– kimi suallar ünvanladıq:

“Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu:

“Gündüzlə biz biri – birimizi çoxdan tanıyırıq. Hələ o zaman ikimiz də klublarda çalışmırdıq və az-az görüşsək də qarşılıqlı olaraq aramızda hörmət və dostluq telləri var idi. Bu gün də çalışdığımız klublar əzəli rəqiblər olsa da münasibətimizə təsir etmir. Mən təbiətən emosionalam. Etiraf edim ki, klubda yenicə işə başlayanda Gündüz mənimlə Bakıda görüşüb məsləhətlərini verdi.

Bu postda nəyi necə etməyin yollarını söylədi. Bu onu göstərir ki, işimiz münasibətimizə təsir etməyib və inşallah da etməz.

Dava- dalaşa gəldikdə isə azarkeşlər arasında bu olaylar həmişə olur. Söz yox ki, olmasını da istəməzdik. Superkubokdan sonra Gündüz məni təbrik etmədi. Yəqin başı qarışıq oldu, yaxud məğlubiyyət təsir etmişdi. Amma son Bakıdakı oyunda mən təbrik etdim və sözümü də atdım ki, hakim tərəfkeşliyi olmadan “XL”ı uda bilmirsiniz.

Səmimi deyirəm ki, istəməzdim Gündüz klubda çalışsın. Çünki onun TV-dən gedişi idman mediasi üçün ciddi itkidir. Amma onun bu gün klubdakı işini hamı görə bilər, televiziyadakı işi və rolunu isə heç kəs…”.

“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə:

“Çalışdığımız klublarda oyun zamanı 90 dəqiqə ərzində fanata çevirilirik. Amma şükürlər olsun ki, bu günə qədər “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu və ondan öncəki Yalçın Əliyev ilə aramızda heç bir problem olmayıb. Hüseyn Cəbrayıloğlu ilə biz bir-birımizi çoxdan tanıyırıq. 

Hər ikimiz jurnalistikadan gəlmişik. Həmkar olmuşuq indi də həmkarıq. Aramızdan heç bir problem olmayıb və bundan sonra da ola bilməz. Biz Hüseyn Cəbrayıloğlu ilə dostuq, qardaşıq. İlk növbədə bu faktor var. Hüseyn Cəbrayıloğlu ilə yol yoldaşı da olmuşuq səfərlərdə də olmuşuq.

Təbii ki, rəqibik amma qardaş olaraq rəqibik.

Əlbəttə, qələbədən sonra bir-birimizi təbrik edirik. Atmacalı təbriklərimiz də olur. Amma ərk edib bir- birimizə atmacalı sözlər deyə bilirik. Başqa cür ola da bilməz.

Ən çox “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bu tip davalarımız olur. Hətta bəzi jurnalistlərin özləri etiraf edir ki, “Qarabağ” – “Neftçi” görüşlərində oyundan daha çox “Nurlan Gündüz atışması”na baxmağa gəlirik. Təbii ki, bu da bir zarafatdır. Nurlan da bizim qardaşımızdır”.

Publika.az

Son yazılar

To Top