Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi"nin növbəti potensial rəqibi bəlli olub. Korner.az-ın məlumatına görə, paytaxt klubunun rəqibi Moldovanın "Şerif" klubudu.
Tiraspollular buna “Sfintul George”ni darmadağın etməklə nail olub – 5:0. Sona bir tur qalmış ən yaxın izləyicisi “Daçiya”nı 4 xal qabaqlayan tiraspollular 11-ci dəfə ölkə çempionu adını qazanıb.
Beləliklə, ÇL-də iştirak edəcək “Şerif” “Neftçi”nin potensial rəqibinə çevrilib.